Rusiyada neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib

Rusiyada neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib
# 06 fevral 2021 00:50 (UTC +04:00)

Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.

APA İnterfaks-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub.

Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb.

Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR