Rusiyada son sutkada 15 982 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 15 982 nəfər koronavirusa  yoluxub
  • Clock-gray 11:48
  • calendar-gray 19 Oktyabr 2020

Rusiyada son sutka ərzində daha 15 982 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 1 415 316 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 179 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 24 366 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər