Rusiyada son sutkada 26 513 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 26 513 nəfər koronavirusa yoluxub
# 30 dekabr 2020 11:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 26 513 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 131 550 nəfərə çatıb.

Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 56 426 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR