Rusiyalılara Qələbə paradına televizordan baxmağı tövsiyə olunub

Rusiyalılara Qələbə paradına televizordan baxmağı tövsiyə olunub
# 15 iyun 2020 14:58 (UTC +04:00)

Kreml ölkə vətəndaşlarına Qələbə paradına televizordan baxmağı məsləhət görüb.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 24-də Moskvada keçiriləcək Qələbə Paradına televizordan baxmağın rahat olacağıcını söyləyib.

"Bu halda parada məhz televizordan baxmaq rahat və rənglidir. Paradddan canlı efirin təşkilatçılığı ilə böyük mütəxəssislər komandası məşğul olur", - deyə Peskov bildirib.

Kremlin sözçüsü hər il Qələbə paradına Qızıl Meydana məhdud sayda tamaşaçıların gəldiyini vurğulayıb: "Biz də paradı bütün nüanslarda görmək imkanından istifadə etməyi tövsiyyə edirik".

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin da paytaxt sakinlərindən iyunun 24-də evdə qalmağı xahiş edib. O, Moskvada kütləvi tədbirlərin keçirilməsinin hələ də qadağan olunduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR