Rüstəm Minnixanov üçüncü dəfə Tatarıstan prezidentliyinə namizədliyini irəli sürüb

Rüstəm Minnixanov üçüncü dəfə Tatarıstan prezidentliyinə namizədliyini irəli sürüb
# 29 iyun 2020 17:29 (UTC +04:00)

Rüstəm Minnixanov üçüncü dəfə Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidentliyinə namizədliyini irəli sürüb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə R. Minnixanovun mətbuat katibi Liliya Qalimova məlumat yayıb.

O, R. Minnixanovun Tatarıstan Respublikası prezidentliyinə namizədliyini irəli sürməsi üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdiyini vurğulayıb.

Qeyd edək ki, Tatarıstanda prezident seçkiləri bu ilin sentyabrın 13-də keçiriləcək.

Xatırladaq ki, R. Minnixanov Tatarıstan Respublikasına 2010-cu ildən rəhbərlik edir. Rusiya Prezidenti Vladimir Putin R. Minixanovun növbəti müddətə Tatarıstan Respublikası prezidentliyinə namizədliyini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR