Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb

Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb
# 01 noyabr 2020 05:38 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Heç bir vəzifə, o cümlədən Gürcüstanın baş naziri vəzifəsi məni maraqlandırmır. Amma fiziki olaraq harada olacağım barədə yaxın günlərdə məlumat verəcəm”, - Saakaşvili belə deyib.

Qeyd edək ki, buna qədər müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri M.Saakaşvilini baş nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR