Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb

Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb
# 07 dekabr 2020 17:50 (UTC +04:00)

Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin sərbəst buraxılması məsələsinin diplomatik kanallarla həll edildiyini bildirib.

“Məsələ diplomatik kanallarla həll olunub” deyə Kremlin sözçüsü Rusiya prezidentinin jurnalistlərin sərbəst buraxılması məsələsinə yardım edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Rusiyanın NTV kanalında yayımlanan “Mərkəzi Televiziya” verilişinin əməkdaşları Aleksey Petruşko və İvan Malışkin bir neçə gün əvvəl Türkiyədə saxlanılıblar.

Onların icazə olmadan pilotsuz uçuş aparatları istehsal olunan zavodun görüntülərini çəkdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR