Yerevanda Mətbuat Evində yanğın olub

Yerevanda Mətbuat Evində yanğın olub
# 18 yanvar 2020 14:43 (UTC +04:00)

Yerevanda Mətbuat Evində yanğın baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğınla mübarizə qrupunun rəhbəri Artur Mardanyan jurnalistlərə açıqlamasında onlarla nəşrin redaksiyasının və bir sıra televiziya şirkətlərinin yerləşdiyi Yerevanın mərkəzindəki Mətbuat Evinin binasında baş verən yanğının lokallaşdırıldığını bildirib.

"Yanğın lokallaşdırılıb. Birinci mərtəbədəki elektrik panelləri qısa qapanma səbəbindən yanıb. İşçilərimiz yanğının elektrik naqilləri ilə yuxarı mərtəbələrə yayılmasının qarşısını alıb", - deyə Mardanyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR