Zurabişvili: "Bütün regionun rifahı və inkişafı sülhdən və sabitlikdən asılıdır"

Zurabişvili: "Bütün regionun rifahı və inkişafı sülhdən və sabitlikdən asılıdır"
# 23 dekabr 2020 00:55 (UTC +04:00)

"Bu il Qafqaz regionunun üzləşdiyi ikinci ən ciddi problem münaqişə idi. Buna görə də mən sülhün əldə olunmasını alqışlayıram".

APA xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün səfirlərin illik konfransında deyib.

Onun sözlərinə görə, regionda sülh hər üç qonşu ölkə üçün çox vacibdir.

"Bütün regionun rifahı və inkişafı sülhdən və sabitlikdən asılıdır. Eyni zamanda bilirik ki, hər kəs bu məqsədə çatmaq üçün bu məsələdə yaxından iştirak edirdi, bütün vasitəçilər, hər kəs, yalnız biz deyil. Bu, çox təəssüfdoğurucudur. Qafqazda hər kəsin bir araya toplanmasında tarixi əsrlər boyu Gürcüstanın rolu olub və hələ də belədir. Buna görə də mən dərindən inanıram ki, Qafqaz Platforması təşəbbüsündə Gürcüstan nə passiv, nə də ikinci rolda olacaq. İnanıram ki, bu mənada 2021-ci il bizim oyanış, tərəqqi ilimiz olacaq", - deyə S.Zurabişvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR