Ararat Mirzoyan Polşaya gedir

Ermənistan XİN başçısı Ararat Mirzoyan

© APA | Ermənistan XİN başçısı Ararat Mirzoyan

# 18 iyul 2022 14:41 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi "Twitter"də bildirib.

Onun sözlərinə görə, iyulun 19-da Ermənistan XİN başçısının Polşaya səfəri çərçivəsində o, polşalı həmkarı Zbiqniev Rau və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

“Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda Ermənistan-Polşa əlaqələri, regional stabillik müzakirə olunacaq”, - XİN sözçüsü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR