Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var - FOTO

Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var - FOTO
# 05 iyun 2023 03:55 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində baş verib.

“Dodge” markalı maşının sürücüsü eyni istiqamətdə olan “KIA” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Dodge” markalı avtomobil aşaraq avtobus dayanacağına çırpılıb.

Nəticədə avtomobillərdə olan iki sərnişin xəsarət alıb.

Avtoqəza zamanı hər iki maşına ciddi ziyan dəyib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araçdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR