Ermənistan ordusunun 2-ci korpusuna yeni komandir təyin olunub

Ermənistan ordusunun 2-ci korpusuna yeni komandir təyin olunub
# 19 yanvar 2023 16:57 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin 2-ci korpusuna yeni komandir təyin olunub.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yeni korpus komandiri olaraq Qareqin Poqosyanı təyin edib.

Qeyd edək ki, korpusun sabiq komandiri Vaqram Qriqoryan korpusa tabe olan hərbi hissələrdən birində bu gün baş vermiş yanğında xeyli sayda hərbçinin ölməsi səbəbilə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 7 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR