Ötən il Ermənistanda 10 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb.
APA xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Arpine Sarkisyan jurnalistlərə bildirib.
Sarkisyanın sözlərinə görə, 6 iş üzrə cinayət işi başlanılıb.
Qeyd olunub ki, polislərin attestasiyasından əvvəl onlar narkotik testindən keçiriləcək.
Həmçinin əlavə olunub ki, polislərin attestasiyası iyul ayında başlayacaq.