Ermənistanın Baş Qərargah rəisi və digər yüksək rütbəli zabitlər COVID-ə yoluxub

Artak Davtyan

© APA | Artak Davtyan

# 27 yanvar 2022 11:38 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və digər yüksək rütbəli hərbçilər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxublar.

APA-nın xəbərinə görə bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, yoluxma səbəbi ilə Ermənistan Silahlı Qüvvələrinin 30-cu ildönümü münasibəti ilə yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.

Xatırladaq ki, çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan da koronavirusa yoluxduğunu və xəstəliyin simptomsuz keçdiyini bəyan edib.

Son günlərdə Ermənistanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir. Ötən sutkada ölkədə 2500-dən çox yoluxma halı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR