Floridada güclü partlayış nəticəsində 23 nəfər xəsarət alıb

Floridada güclü partlayış nəticəsində 23 nəfər xəsarət alıb
# 07 iyul 2019 06:56 (UTC +04:00)

ABŞ-ın Florida ştatındakı “The Fountains” ticarət mərkəzində güclü partlayış baş verib.

APA CBS kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər xəsarət alıb.

Yanğından Mühafizə xidmətinin rəis müavini Joel Qordon jurnalistlərə açıqlamasında qeyd edib ki, ilkin məlumata görə hadisəyə səbəb qaz sızması göstərilir.

Həkimlərin bildirdiyinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR