Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə aksiya keçirilib

Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə aksiya keçirilib
# 04 iyul 2019 14:16 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində Daxili İşlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Aqmeşenebeli küçəsində yolu bağlayan “Vahid Milli Hərəkat” partiyasının üzvləri Daxili İşlər nazirinin iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində keçirilən mitinqdə yaralananlara görə məsuliyyəti üzərinə götürməsini və dərhal istefa verməsini tələb ediblər.

Etiraz aksiyasında Rusiya əleyhinə şüarlar səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR