Gürcüstandan Azərbaycana qaçmaq istəyən kriminal avtoritet sərhəddə tutulub

Gürcüstandan Azərbaycana qaçmaq istəyən kriminal avtoritet sərhəddə tutulub
# 05 iyul 2019 17:46 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların da daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.

Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR