Azərbaycanın Gürcüstandan idxal etdiyi tütün məmulatlarının həcmi kəskin azalıb.
APA-nın yerli bürosu Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində bu ölkədən Azərbaycana 26 433.7 min ABŞ dolları dəyərində 1 191.2 ton tütün məmulatı idxal edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2,2 dəfə və 2,7 dəfə azalıb.