Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarından oğurluq edən şəxslər tutulub

Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarından oğurluq edən şəxslər tutulub
# 15 iyun 2019 14:29 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionunda və Rustavi şəhərində mal-qara oğurluğu ilə məşğul olan iki nəfər tutulub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılanlardan biri əvvəllər də məhkumluq həyatı yaşayıb. Oğurlanmış mal-qara sahiblərinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR