İrəvan meriyasına seçkilərin vaxtı açıqlanıb

İrəvan meriyasına seçkilərin vaxtı açıqlanıb
# 18 may 2023 12:01 (UTC +04:00)

Bu ilin 17 sentyabr tarixində İrəvanın yeni meri seçiləcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komitəsinin sədri Vaaqn Hovakimyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Hovakimyan qeyd edib ki, seçkilərin tarixi ilə bağlı məsələ Seçki Məcəlləsi ilə tənzimlənir və buna müvafiq olaraq, seçkilər 10-20 sentyabr aralığında keçirilə bilər.

“Bu dövrdə də cəmi bir bazar günü var ki, o da 17 sentyabrdır”, - deyə Hovakimyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR