İrəvanın mərkəzində Müqavimət Hərəkatının böyük mitinqi başlayıb

İrəvanın mərkəzində Müqavimət Hərəkatının böyük mitinqi başlayıb
# 01 may 2022 16:50 (UTC +04:00)

Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

APA news.am-a istinadən bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR