KİV: Paşinyan sabiq səhiyyə nazirinin görüş təklifini rədd edib

Arsen Torosyan - Nikol Paşinyan

© APA | Arsen Torosyan - Nikol Paşinyan

# 14 mart 2023 10:11 (UTC +04:00)

Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan Baş nazir Nikol Paşinyanla görüşmək üçün müraciət edib, lakin rədd cavabı alıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrinə istinadən yazır.

Nəşr onu da qeyd edib ki, ölkə Prezident Vaaqn Xaçaturyan Arsen Torosyanı xilas etməyə çalışır.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında sabiq səhiyyə naziri Arsen Torosyanın istintaq orqanları tərəfindən saxlanıla biləcəyi barədə məlumatlar yayılır.

Bunu onunla əsaslandırırlar ki, pandemiya dövründə sui-istifadə ilə bağlı açılmış cinayət işinin araşdırılması çərçivəsində dindirilənlərdən bəziləri Torosyana qarşı ifadə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR