Kreml: Moskva I Pyotrun Avropaya açdığı pəncərəni bağlamağı planlaşdırmır

Kreml: Moskva I Pyotrun Avropaya açdığı pəncərəni bağlamağı planlaşdırmır
# 02 iyun 2022 14:35 (UTC +04:00)

Moskva I Pyotrun Avropaya açdığı pəncərəni bağlamağı planlaşdırmır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Rusiyanın Qərblə münasibətlərdəki çətinliklərə görə “Avropaya pəncərəni bağlayacaqmı?” sualına “Heç kim nəyisə bağlamağı planlaşdırmır”, - deyə cavab verib.

O, həmçinin bildirib ki, dövlət başçısı I Pyotrun Rusiya tarixindəki rolunu yüksək qiymətləndirir və hətta iyunun 9-da Pyotrun anadan olmasının 350 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR