Kreml Rusiyanın yeni subyektləri tərkibinə daxil etməyə hazır olduğunu bildirib

Kreml Rusiyanın yeni subyektləri tərkibinə daxil etməyə hazır olduğunu bildirib
# 27 sentyabr 2022 13:51 (UTC +04:00)

Rusiya hüquq sistemi və icra hakimiyyəti yeni subyektlərin Rusiya Federasiyasının tərkibinə mümkün daxil olmasına hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Luqansk, Donetsk, Zaporojye və Xersonda keçirilən "referendumlar"dan sonra hüquqi baxımdan vəziyyət kökündən dəyişəcək:

"Rusiya Federasiyası bu ərazilərdə" referendumlar" keçirildikdən sonra həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görəcək" .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR