Kreml Tokayevin neft nəqli üçün alternativ yollar təklifini siyasi motivli saymır

Kreml Tokayevin neft nəqli üçün alternativ yollar təklifini siyasi motivli saymır
# 07 iyul 2022 14:17 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyadan yan keçməklə neft nəqli üçün alternativ yolların tapılması təklifi çətin ki, siyasi motivlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Moskvanın Qazaxıstanın Rusiya Federasiyasından yan keçməklə neft tədarükü üçün prioritet marşrutlar axtarmaq qərarının siyasi motivli hesab edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

“Çətin ki, bunun siyasi motivli olsun, çox diqqətlə baxmaq lazımdır... Ekoloji parametrlərə görə, neft nəqlinin dayandırılması barədə qərar qəbul edilib, ona görə də burada, təbii ki, qazaxıstanlı tərəfdaşlarımızla əlavə təmaslar tələb olunacaq”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya məhkəməsi Qazaxıstan neftinin Avropaya neft nəql edən əsas terminalının- Xəzər kəmər konsorsiumunun fəaliyyətinin 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR