KTMT-nin Baş katibi Armen Qriqoryanla görüşüb

Stanislav Zas

© APA | Stanislav Zas

# 21 sentyabr 2022 11:11 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

APA xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyəti İrəvana Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlərlə bağlı təkliflər hazırlamaq üçün gəlib. Heyət sərhədyanı ərazilərdə mövcud vəziyyəti öyrənəcək, həmçinin Ermənistan ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR