Lavrov Bakıya Tehrandan gələcək

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 22 iyun 2022 12:17 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov İrana işgüzar səfərə gedəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Tehrana səfəri iyunun 22-23-də baş tutacaq.

Zaxarova Rusiya XİN başçısının Tehrana səfəri zamanı ikitərəfli münasibətlərin, İranın nüvə problemi ətrafındakı vəziyyətin, Suriya və Ukrayna problemlərinin müzakirəsinin planlaşdırıldığını söyləyib.

Qeyd edək ki, Lavrov Tehran səfərindən sonra, iyunun 23-24-də Bakıda işgüzar səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR