Lavrov Borrelin Rusiya ilə bağlı dediklərinin təsdiqlənəcəyi təqdirdə xəbərdarlıq edib

Lavrov Borrelin Rusiya ilə bağlı dediklərinin təsdiqlənəcəyi təqdirdə xəbərdarlıq edib
# 06 sentyabr 2022 15:54 (UTC +04:00)

Borrelin “faşist Rusiyası” ilə bağlı dedikləri təsdiqlənərsə, Rusiyanın Avropa İttifaqı ilə necə davranacağı ilə bağlı böyük sualları olacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Avropa diplomatiyasının rəhbəri Josep Borrelin “faşist Rusiyası” haqda ifadələr işlətdiyi təsdiqlənərsə, o zaman onunla və Aİ-nin Rusiyadakı nümayəndəsi ilə necə davranmaq sualı ortaya çıxacaq. Cənab Borrell, dediyim kimi, hələ də Aİ-nin xaricdəki nümayəndələrini təyin edən şəxsdir. Cəmi bir həftə əvvəl Rusiyada Aİ Nümayəndəliyinin yeni rəhbəri onun tərəfindən təyin edilib. Əgər cənab Borrell özünün dediyi kimi “faşist rejimi” ilə mübarizəni bu qədər instinktiv hesab edirsə, mən çox bilmək istərdim ki, o, Moskvadakı nümayəndəsinə hansı göstərişlər verib və bu nümayəndə hansı xətti aparacaq", - Lavrov vurğulayıb.

Onun sözlərinə görə, əgər bütün dünya mətbuatında yazılanlar təsdiqini tapsa, təbii ki, bu insanlarla necə davranmaq barədə çox böyük suallar yaranacaq.

Lavrov Rusiyanın Borrelin ofisindən onun sözlərinin stenoqramını tələb etdiyini, lakin Aİ-nin bunu təqdim etmədiklərini söyləyib.

Qeyd edək ki, bazar ertəsi Avropa diplomatiyasının rəhbəri Josep Borrell Praqada xarici siyasət və təhlükəsizlik məsələlərinə dair parlamentlərarası konfransda çıxış edib. Deputatların suallarını cavablandıran Borrell doğma ispan dilinə keçərək, bu yolla daha çox suala daha dəqiq və daha sürətli cavab verəcəyini izah edib. İngilis dilinə tərcüməni Çexiya tərəfi təmin edib və verilişdə Borrellin səsi kəsilib. Estoniyalı parlamentari görüş zamanı “faşist Rusiyası” ifadəsini işlədərək sual verib.

Borrell isə cavabında eyni ifadəni qeyd edərək sualdan sitat gətirib. Tərcüməçi bunun sitat olduğunu vurğulamayaraq, Borrelin ifadəsi kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR