Lavrov Putinin səhhətinin pisləşməsi ilə bağlı xəbərləri təkzib edib

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 29 may 2022 23:46 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edib.

APA xəbər verir ki, rusiyalı nazir bu barədə Fransanın "TF1" televiziya kanalına müsahibəsində deyib.

“Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunla şayədir”, - deyə Sergey Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR