Lavrov: Qərb Rusiyaya İran dronlarının verildiyinə dair bircə sübut gətirməyib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 29 dekabr 2022 10:56 (UTC +04:00)

Rusiyanın İrandan pilotsuz uçuş aparatları (PUA) tədarükü ilə bağlı Qərbin bəyanatları sübuta yetirilməyib, heç bir fakt təqdim olunmayıb və hətta bunun üçün cəhd belə edilməyib.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

Nazir bildirib ki, İranın Rusiyaya iddia edilən PUA tədarükü ilə bağlı Qərb BMT Təhlükəsizlik Şurasında (TŞ) hay-küy salıb və hər zaman olduğu kimi yüksək ehtimallar irəli sürüblər.

Onun sözlərinə görə, Qərb nümayəndələri öz iddialarını təsdiq edəcək heç bir fakt təqdim etməyiblər və buna cəhd də etmirlər.

Xatırladaq ki, İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani daha əvvəl bildirib ki, Kiyevdən olan nümayəndələr ekspertlər iclasında İrana məxsus PUA-ların Rusiya tərəfindən istifadəsini təsdiq edən sənədləri rəsmi Tehrana təqdim etməyib. İran XİN-in sözçüsü Nasser Kanani isə rəsmi Kiyevi Tehranın səbrini əsassız bəyanatlarla sınamamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR