Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsini müzakirə ediblər

Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsini müzakirə ediblər
# 05 sentyabr 2022 23:03 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliyi bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”,-deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR