Milli Təhlükəsizlik Komitəsi: Qazaxıstanda vəziyyət stabilləşib və nəzarət altındadır

Milli Təhlükəsizlik Komitəsi: Qazaxıstanda vəziyyət stabilləşib və nəzarət altındadır
# 10 yanvar 2022 10:10 (UTC +04:00)

Qazaxıstanda vəziyyət stabilləşib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə vəziyyət nəzarət altındadır.

“Yanvarın 10-a Qazaxıstan Respublikasında vəziyyət stabilləşib və nəzarət altındadır. Terrorla mübarizə üzrə qərargah tərəfindən terror təhlükəsi olan nöqtələr neytrallaşdırılıb. Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçular tərəfindən tutulmuş bütün inzibati obyektlər azad edilib.

Bundan başqa, xüsusi əhəmiyyətli, strateji obyektlər və silah-sursat saxlanan yerlərin təhlükəsizliyi təmin olunub. Yaraqlıların və kütləvi iğtişaş iştirakçılarının gizlənmə ehtimalı olan yerlərin təmizlənməsi davam edir. Cinayətkar fəaliyyətlə bağlı dəlil və sübutlar toplanır”, - deyə Qazaxıstan MTK-nın mətbuat xidmətinin məlumatında bildirilir.

MTK vətəndaşları terror fəaliyyətində iştirak etmiş şəxslərin müəyyənləşdirilməsində hüquq-mühafizə orqanlarına yardım etməyə çağırır.

Komitənin əhaliyə müraciətində eyni zamanda kütləvi iğtişaşlar zamanı oğurlanmış odlu silah və sursatları könüllü şəkildə təhvil verməyin zəruriliyi də vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR