Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib
# 02 fevral 2023 13:05 (UTC +04:00)

Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.

APA xəbər verir ki, bu barədə Maya Sandu "Twitter"də paylaşım edib.

“Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə göndərilməlidir”, - Moldova dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR