Yerevan - Moskva təyyarəsində bomba həyəcanı yaşanıb

Yerevan - Moskva təyyarəsində bomba həyəcanı yaşanıb
# 09 sentyabr 2019 11:37 (UTC +04:00)

“Sibir” aviakompaniyasının Yerevan - Moskva reysində bomba həyəcanı yaşanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Sentyabrın 9-da “Sibir” aviakompaniyasının Yerevandan Moskvaya uçan təyyarəsinin sərnişinlərindən biri əl yükündə bomba olması barədə məlumat verib. Hadisə ilə bağlı aviasiya təhlükəsizliyi xidməti və polisə məlumat verilib. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları bomba həyəcanı ilə bağlı məlumatı əldə etdikdən sonra, sərnişinləri təxliyə ediblər. Sərnişinin əl yükü nəzarətə götürülüb. Təyyarədə aparılan axtarış nəticəsində sərnişinlərin əl yüklərində, baqajlarında, ümumilikdə təyyarənin özündə qadağan olunmuş hər hansı əşya aşkar olunmayıb. Bomba xəbərini verən sərnişin polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”, - Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR