Özbəkistan parlamenti Azərbaycan hökuməti ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq haqqında imzalanmış sazişlərin ratifikasiyasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə məlumatı Özbəkistan parlamentinin mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, ölkələrimizin hökumətləri arasında sazişlər Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyununda Daşkəndə səfəri zamanı imzalanıb.