Patruşev: Rusiya ABŞ-ı məhv edə biləcək unikal silaha malikdir

Patruşev: Rusiya ABŞ-ı məhv edə biləcək unikal silaha malikdir
# 27 mart 2023 15:15 (UTC +04:00)

Rusiya istənilən düşməni, o cümlədən ABŞ-ı məhv edə biləcək unikal silaha malikdir. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Rusiya səbirlidir və hərbi üstünlüyü ilə heç kəsi qorxutmur. Lakin onun mövcudluğuna təhlükə yaranarsa, istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etməyə malik olan müasir unikal silahları var”, - deyə Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində vurğulayıb.

Patruşev hesab edir ki, SSRİ-nin dağılmasından sonra Rusiya öz səhvləri üzərində işləyib və indi həm daxili sabitliyi, həm də təhlükəsizliyini kənar təhlükələrdən təmin edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR