Putin: Rusiya gələn il dünya bazarlarına 50 milyon ton taxıl çıxaracaq

Putin: Rusiya gələn il dünya bazarlarına 50 milyon ton taxıl çıxaracaq
# 16 sentyabr 2022 13:33 (UTC +04:00)

Rusiya ərzaqlarının 90%-ə qədəri Asiya, Afrika və Latın Amerikası ölkələrinə gedir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində bildirib.

“Əsasən, qida məhsullarımızın 90%-ə qədəri Asiya, Afrika və Latın Amerikası bazarlarına gedir”, deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, Rusiya dünya bazarlarına taxıl ixracını artırır: ”Bu il 30 milyon ton olacaq, gələn il 50 milyon tona çatdıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR