Putin Solovyova sui-qəsd hazırlanması xəbərinə münasibət bildirib

Putin, Solovyov

© APA | Putin, Solovyov

# 25 aprel 2022 17:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovun qətlini planlaşdıran dəstənin saxlanılmasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin Baş Prokurorluğun geniş kollegiya iclasında bu mövzuya toxunub.

“Bu gün səhər Federal Təhlükəsizlik Xidməti Rusiyanın tanınmış telejurnalistlərindən birinə hücum və öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Əlbəttə, onlar bunu indi inkar edəcəklər, lakin faktlar və sübutlar təkzibedilməzdir”, - Rusiya Prezidenti vurğulayıb.

Putin bununla bağlı qeyd edib ki, Qərb xüsusi xidmət orqanlarının, əlbəttə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna təhlükəsizlik orqanları ilə işləyən kuratorlarının soyadları Moskvaya məlumdur: “Görünür, onlar belə məsləhətlər verirlər. Jurnalistlərin hüquqlarına, informasiyanın yayılmasına münasibət belədir. Ümumiyyətlə, insan haqlarına münasibət belədir. Onlar yalnız öz hüquqlarını düşünürlər - kimsə imperiya ambisiyalarından çıxış edərək, kimsə də müstəmləkə keçmişindən çıxış edərək... Rusiyada bu keçməyəcək”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR