Putin və Lukaşenko Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisini müzakirə ediblər

Putin və Lukaşenko Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisini müzakirə ediblər
# 17 mart 2023 20:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu haqda Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında dialoq zamanı ölkələrarası idxal-ixrac məsələləri əsas müzakirə mövzusu olub.

Tərəflər həmçinin Rusiya, Azərbaycan və İrandan keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin perspektivlərini müzakirə ediblər.

Ölkə liderləri mikroelektronika sahəsində əməkdaşlıq məsələlərinə və bu sahədə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi üçün iki ölkə hökumətlərinin qəbul etməli olduğu müvafiq qərarlara da toxunublar.

Həmçinin əlavə olunub ki, Putin və Lukaşenko beynəlxalq gündəliyin digər məsələlərini, İttifaq Dövlətinin Ali Dövlət Şurasının bu ilin aprel ayında keçirilməsi gözlənilən iclasının gündəliyini də müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR