Qazaxıstan, Qırğızıstan və Özbəkistanın elektrik enerjisi ilə təminatında fasilə yaranıb - YENİLƏNİB

Qazaxıstan, Qırğızıstan və Özbəkistanın elektrik enerjisi ilə təminatında fasilə yaranıb - YENİLƏNİB
# 25 yanvar 2022 12:24 (UTC +04:00)

Mərkəzi Asiyada enerji sistemində baş verən qəza Qazaxıstan, Qırğızıstan və Özbəkistanda böhrana səbəb olub.

APA TASS-a istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq hava limanı daxili və xarici reyslərin qəbulunu dayandırıb.

Daşkənd metropoliteni də elektrik enerjisinin olmaması səbəbindən fəaliyyətini dayandırıb.

Qırğızıstan və Qazaxıstanda elektrik enerjisi təchizatı ilə bağlı problemlər qalsa da, yerli hava limanları təyyarə reyslərini qəbul etməyə davam edir.

***

saat 11:00

Qazaxıstan və Qırğızıstanda elektrik enerjisi təminatında problemlər yaranıb.

APA TASS-a istinadən xəbər verir ki, elektrik enerjisi təchizatında problemlər Qazaxıstanın Almatı vilayəti və Almatı şəhərində müşahidə olunur.

Almatı ilə yanaşı, qonşu regionlarda da elektrik enerjisi təchizatında problem yaranıb.

Qonşu Qırğızıstanın əksər ərazilərində, o cümlədən paytaxt Bişkekdə də işıqlar sönüb.

Elektrik enerjisi təchizatındakı problemin səbəbi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR