Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB-1

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB-1
# 20 noyabr 2022 19:20 (UTC +04:00)

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

APA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 20.00-a seçici fəallığının 69,31% olduğunu açıqlayıb.

***

saat 09.24

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

APA-nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.

***

saat 01.52

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA-nın TASS-a istinadla xəbərinə görə, ali kürsü uğrunda 6 namizəd mübarizə aparır. Hazırki dövlət başçısı Kasım-Jomart Tokayev də namizədlər arasında yer alır.

Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR