Rusiya BƏƏ kosmonavtı üçün ərəb milli yeməkləri hazırlayacaq

Rusiya BƏƏ kosmonavtı üçün ərəb milli yeməkləri hazırlayacaq
# 07 iyul 2019 05:41 (UTC +04:00)


Rusiyanın “Kosmik yeməklər Laboratoriyası” sentyabrın sonlarında Beynəlxalq Kosmik Stansiyasına (BKS) uçacaq ilk BƏƏ kosmonavtı Hazza Əl Mansuri üçün ərəb milli yeməklərini hazırlayacaq.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, Al Mansuri sentyabrın 25-də “Soyuz MS-15” kosmik gəmidə rus Oleq Skripoçka və amerikalı Jessika Meir ilə birlikdə “BKS”ə gedəcək.

Səkkiz gün ərzində stansiyada qalacaq ərəb kosmonavt oktyabrın 3-də “Soyuz MS-12” gəmisində başqa heyətlə - rus Aleksey Ovçin və amerika Nik Haque ilə birlikdə Yerə qayıdacaq.

Qeyd edək ki, bu uçuş 2019-cu ilin yazında planlaşdırılırdı, lakin 2018-ci ilin oktyabrında “Soyuz-FG” raket daşıyıcısının “Soyuz MS-10” kosmik gəmisində baş vermiş qəzaya görə təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR