Rusiya Dmitri Qordonu axtarışa verib

Rusiya Dmitri Qordonu axtarışa verib
# 19 iyul 2022 11:52 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ona Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb.

Qordon həmçinin, təcavüzkar müharibəyə çağırışda da ittiham olunur.

Qeyd edək ki, Rusiya Maliyyə Məsələləri üzrə Monitorinq Xidməti aprelin 6-da ukraynalı jurnalistin adını terrorist və ekstremistlər siyahısına salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR