Rusiya FTX ABŞ kəşfiyyatının həyata keçirdiyi əməliyyatın üstünü açıb

Rusiya FTX ABŞ kəşfiyyatının həyata keçirdiyi əməliyyatın üstünü açıb
# 01 iyun 2023 12:22 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Amerika kəşfiyyat orqanlarının “Apple” texnikasından istifadə edərək həyata keçirdiyi əməliyyatın üstünü açıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, FTX-dan verilən məlumata görə, bir neçə min smartfon virusa yoluxub. Onlar yalnız “Apple” mobil telefonlarının istifadəçiləri üçün xarakterik olan müəyyən bir "anomaliya" sayəsində müəyyən edilib.

"Bu, “Apple” ilə ABŞ kəşfiyyatı arasında sıx əməkdaşlıqdan xəbər verir", deyə FTX-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR