Rusiya MN: 4 Ukrayna təyyarəsi və 4 helikopter vurulub

Rusiya MN: 4 Ukrayna təyyarəsi və 4 helikopter vurulub
# 08 may 2022 12:01 (UTC +04:00)

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Zmeynı adasında Ukraynanın daha iki Su-24 bombardmançı təyyarəsini və bir Mi-24 helikopterini vutub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində Odessa yaxınlığında Bayraktar TB2 pilotsuz uçuş aparatı da vurulub.

"Ümumilikdə, sutka ərzində ərazidə dörd Ukrayna təyyarəsi, cümlədən göyərtəsində desant qoşunları olan dörd helikopter, üç Bayraktar-TB2 pilotsuz uçuş aparatı və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir desant-hücum kateri məhv edilib", - deyə Rusiya MN sözçüsü bildirib.

Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli raketlərlə Pyatixatka ərazisində mexanikləşdirilmiş briqadanın komanda məntəqəsini vurduğunu söyləyən Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 156 təyyarə, 116 helikopter, 765 pilotsuz uçuş aparatı, 297 zenit-raket kompleksi, 2927 tank və digər zirehli döyüş texnikası, 335 reaktiv yaylım atəşi sistemi, 1393 səhra artilleriya silahları və minaatanları, həmçinin 2746 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR