Rusiya MN Ukraynadan taxılının çıxarılması ilə bağlı təklifini açıqlayıb

Rusiya MN Ukraynadan taxılının çıxarılması ilə bağlı təklifini açıqlayıb
# 13 iyul 2022 17:56 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ukraynadan kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı təkliflərini təqdim edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov açıqlama verib.

“İstanbulda Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Qara dəniz limanlarından taxılın çıxarılmasının təşkili ilə bağlı öz təkliflərini verib. Rusiya nümayəndə heyəti tərəfindən bu məsələnin praktik həlli ilə bağlı təkliflər paketi təqdim olunub”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR