Rusiya MN: Ukraynanın iki hərbi təyyarəsi və 13 PUA-sı vurulub

Rusiya MN: Ukraynanın iki hərbi təyyarəsi və 13 PUA-sı vurulub
# 06 may 2022 11:53 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-25 və MiQ-29 təyyarələrini Luqansk üzərində vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Preobrajennoe yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini vurub, həmçinin dörd "Toçka-U" ballistik raketi havada vurulub”, deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, bundan əlavə, ötən gecə ərzində Xarkov və Xerson vilayətlərində və Donbass ərazisində Ukraynanın 13 pilotsuz uçuş aparatı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR