Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş başa çatıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putin-Makron danışıqlarının beş saatdan çox davam etdiyini söyləyib.
Kremlin sözçüsü prezidentlərin mətbuat konfransına hazırlaşdıqlarını söyləyib.