Rusiya XİN: Ukrayna ilə ilkin şərt olmadan dialoqa açığıq

Rusiya XİN: Ukrayna ilə ilkin şərt olmadan dialoqa açığıq
# 11 noyabr 2022 15:52 (UTC +04:00)

Kiyevə "müvafiq paytaxtlardan əmr verilərsə" Ukrayna ilə bağlı dialoq şansı artacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Rusiyanın əvvəlki kimi Ukrayna ilə ilkin şərt olmadan dialoqa açıq olduğunu qeyd edib.

“Bundan sonrası Moskvadan asılı deyil”, - Lavrovun müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR