Rusiyada An-2 təyyarəsi yoxa çıxıb

Rusiyada An-2 təyyarəsi yoxa çıxıb
# 21 iyun 2022 10:01 (UTC +04:00)

Rusiyanın Saxa (Yakutiya) Respublikasında An-2 təyyarəsi yoxa çıxıb.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən təyyarənin gözlənilən vaxtda təyinat nöqtəsinə eniş etmədiyi bildirilib.

Müəyyən olunub ki, göyərtəsində 3 nəfər (iki ekipaj üzvü, bir sərnişin, 1 ton yük) olan təyyarə Us Xatın-Vertikalnıy-Us Xatın marşrutu üzrə hərəkət etməliymiş.

Axtarışlara Mi-8 vertolyotu cəlb olunub.

Bundan başqa, özəl şirkətə məxsus olan təyyarənin axtarışlarına göyərtəsində xilasedicilər olan An-26 təyyarəsi də qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR